Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə yeni layihəyə start verilir.
Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, “Məktəblilər “Ədibin Evi”ndə” adlı layihənin həyata keçirilməsinin əsas məqsədi şagirdlər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir.
Layihə çərçivəsində məktəblilərin “Ədibin Evi”nə ziyarətləri təşkil olunacaq. Müxtəlif mövzuları əhatə edəcək layihədə iştirak edən şagirdlər interaktiv tapşırıqlar yerinə yetirəcəklər. Yanvarın 26-da keçirilməsi nəzərdə tutulan ilk görüşdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri “Müstəqilliyə aparan yol” mövzusunda dinləmələrdə iştirak edəcəklər.