«Haas»ın baş dizayneri Andrea de Zordo komandanın texniki direktoru vəzifəsinə əsas namizədlərdən biridir. «The Race»in verdiyi xəbərə görə, Zordo Amerika komandasının texniki direktoru postunu tərk edərək, əvvəllər çalışdığı «Ferrari»yə qayıdan Simone Restanı əvəz edəcək. Bu barədə komandanın yeni meneceri Ayao Komatsuya sual verilsə də, o kadr dəyişiklikləri ilə bağlı şərh verməkdən imtina edib.
Dizayner baş direktor olacaq