Atletika üzrə Azərbaycan millisinin üzvləri Qazaxıstanın Ust Kameniqorsk şəhərində keçirilən Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarışda iştirak edirlər.
Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, bu gün komandamızın üç üzvü uğurla çıxış edərək mərhələ adlamağa müvəffəq olub. Belə ki, təmsilçilərimizdən Əlhəm Nağıyev 60 metr, Lamiyə Vəliyeva və İlahə Quliyeva 400 metr məsafəyə qaçış üzrə yarışlarda finala vəsiqə qazanıblar.