Gələn yay "Palmeyras"dan Madrid "Real”ına keçəcək mərkəz hücumçusu, 17 yaşlı Endrik Pele və Ronaldo kimi əfsanəvi braziliyalı futbolçularla müqayisə olunmaq istəmədiyini bildirib. “İnsanların mənim haqqımda dediyi şeylər var. Onlar məni “yeni Pele” və ya “yeni Ronaldo” adlandırırlar. Mən sadəcə Endrik olmaq istəyirəm”, - deyə “Mundo Deportivo” nəşri Endrikdən sitat gətirib.
Xatırladaq ki, Endrik ötən mövsüm bütün turnirlərdə 53 matçda iştirak edib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun bazar dəyəri 45 milyon avrodur.