Keçmiş Formula 1 sürücüsü britaniyalı Derek Uorvik öz dövrünün pilotlarını müasirləri ilə müqayisə edib. “Cənubi Afrikadakı tətili xatırlayıram. Mən onda çox gənc idim. Reutemann, Jones, Piquet, Arnoux, Pironi, Villeneuve, Lauda və Prostun yanında oturmaq imkanım olmuşdu. Onlar sadəcə fenomen idilər.Bu pilotların hər biri Qran Pri və dünya çempionatını qazanıb və ya qazana bilərdi. İndiki nəsil pilotlara baxanda mən də eyni hissləri keçirmirəm. Onlarda xarakter görmürəm”, – deyə “Gpblog” Uorvikin sözlərində sitat gətirib