Atletimiz lisenziya yarışında bürünc medal qazandı 

​​

Atletimiz lisenziya yarışında bürünc medal qazandı   ​​

Bu gün Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış keçirilib. Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 8 ölkənin atletləri mübarizə aparıb. Yarışda milli komandamızın 4 üzvü iştirak edib. Təmsilçilərimizdən Lamiyə Vəliyeva uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Təmsilçimiz 60 metr məsafəyə qaçışda 7.67 saniyə göstərici ilə turnirin bürünc medalına sahib çıxıb.