"Borussiya"dan böyükhesablı səfər qələbəsi 

 

"Borussiya"dan böyükhesablı səfər qələbəsi    

Futbol üzrə Almaniya Bundesliqasında 18-ci turun oyunları kecirilir. Turun maraqla gözlənilən oyunlarından biri “Reyn-Enerji” stadionunda “Köln” və “Borussiya” komandaları arasında oynanılıb. 
Qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 0:4.
Oyunda qolları Malen (12, 61), Fullkruq (58) və Moukoko (90+2) vurub. 
Dortmunda təmsilçisi bu qələbədən sonra turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Köln isə 11 xalla 17-ci pillədədir.