“Mən artıq bu mükafatlara inanmıram”

“Mən artıq bu mükafatlara inanmıram”

“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo argentinalı Lionel Messinin FİFA-nın “Qızıl top” və “Ən yaxşı” mükafatını qazanmasından danışıb. “Mən artıq bu təşkilatların necə işlədiyinə bələdəm. Düzünü desəm, budəfəki mükafatlandırma mərasiminə baxmamışam. Hesab edirəm ki, “Ballon dOr” və “The Best” mükafatları öz etibarını itirir. Bu o demək deyil ki, Messi, Haaland və hətta Mbappe onlara layiq deyil. Amma mən artıq bu mükafatlara inanmıram”, - Ronaldo sosial şəbəkə hesabında bildirib.