Portuqaliyalı mütəxəssis Joze Mourinyo Səudiyyə Ərəbistanının "Əş-Şəbab" klubundan təklifi dəyərləndirməyib. Bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) həmkarı Pedro Morata istinadən məlumat verib. Mənbənin məlumatına görə, Mourinyo “Əl-Şabab”ın yeni baş məşqçisi olmaq fikrinə neqativ yanaşıb. “Əş-Şabab” Mourinyo üçün milyonlarla dollarlıq təklif hazırlayıb, həmçinin beynəlxalq transferlər etməyə hazırdır. Xatırladaq ki, “Roma” yanvarın 16-da Mourinyonu baş məşqçi postundan uzaqlaşdırıb. Mütəxəssis 2021-ci ilin yayından Roma klubuna rəhbərlik edirdi.
Mourinyo Ərəb klubundan imtina etdi