İsveçrənin "İnter" klubunun 35 yaşlı qapıçısı Yan Zommer karyerasını bitirməsi haqda danışıb. “Karyeranın sonu? Mən bu barədə düşünmürəm. Mən oynamağı sevirəm, xüsusən də indi “İnter”də. Fiziki cəhətdən mən tamamilə gümraham"- deyə o “Schweizer Illustrierte”yə bildirib.
İsveçrəli futbolçu hazırda klub səviyyəsində 694, millisində isə 87 oyuna çıxıb. Cari mövsümdə "İnter"in qapıçısı bütün turnirlərdə klubun heyətində 26 oyun keçirib, 12 qol buraxıb və 16 qapısını toxunulmaz saxlayıb. "İnter" 20 turdan sonra 51 xalla A Seriyasına başçılıq edir. İkinci yerdə “Yuventus” (49 xal), üçüncü yerdə “Milan” (45 xal) qərarlaşıb.