Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək

Bu gün Premyer Liqada daha iki oyun keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun oyunları davam edir. Bu gün tur çərçivəsində daha iki oyun keçiriləcək.

Günü ilk oyunu Bakıda təşkil olunacaq. “ASCO Arena”da keçiriləcək oyunda "Səbail" klubu "Zirə"ni qəbul edəcək. Paytaxt təmsilçilərinin dueli saat 15:00-da başlayacaq.

Günün ikinci oyunu isə Qəbələ şəhər stadionunda təşkil olunacaq. "Kəpəz" komandası "Turan Tovuz"la qarşılaşacaq. Qərb derbisi adlanırılan oyun saat 17:30-da başlayacaq.