"Liverpul" hücumçusu Məhəmməd Salahın yanvarın 24-ü İngiltərəyə qayıdacaq. Afrika Millətlər Kubokunda Misir millisinin heyətində bud nahiyəsindən zədə aldıqdan sonra reabilitasiyaya başlayacaq.
"Liverpul" Salahın İngiltərədə sağalması ilə bağlı Misir Futbol Assosiasiyası ilə razılığa gəlib. Bu barədə klubunun rəsmi saytında məlumat yayılıb. Xatırladaq ki, Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunun Qana ilə oyununda (2:2) zədələnmişdi.