Hərbi münaqişə Olimpiadaya hazırlığa da təsirsiz ötüşmədi

Hərbi münaqişə Olimpiadaya hazırlığa da təsirsiz ötüşmədi

İsrailin Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarına milli komandanı hazırlamaq üçün büdcəsi azalıb. Bu barədə ölkənin mədəniyyət və idman naziri Miki Zohar məlumat verib.

Bundan əvvəl bildirilirdi ki, İsrail İdman Nazirliyi Fələstinlə hərbi münaqişəyə görə büdcəni 20 faiz azaldacaq. Lakin departamentlə ölkənin Olimpiya və Paralimpiya komitələri arasında aparılan danışıqlardan sonra, təşkilat tərəfindən ayrılan vəsaitin azaldılması barədə yekun qərar qəbul edilib.

İsrail Olimpiya Komitəsinin baş direktoru Gili Lustiqin mədəniyyət və idman naziri Miki Zohara müraciətindən sonra  qərara alınıb ki, Oyunlara hazırlıq büdcəsi Maliyyə Nazirliyinin tələb etdiyi minimuma endiriləcək - 36,5 milyon şekel (9,6 milyon ABŞ dolları).