Azərbaycan Premyer Liqası: Tura iki oyunla yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Tura iki oyunla yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına yekun vurulacaq. Turun son oyun günündə iki qarşılaşma təşkil olunacaq.

Əvvəlcə “Qəbələ” klubu doğma meydanda “Sumqayıt” komandasını qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16:30-da başlayacaq.

Turun son oyununda "Qarabağ" klubu "Araz-Naxçıvan"la üz-üzə gələcək. Tofiq Bəhramov adına respublika Stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.