Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Sonuncu oyun gününün ilk qarşılaşmasında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda təşkil olunan oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1. "Gənclik şəhəri" təmsilçisinin heyətində Kasimir Ninqa matçın 74-cü dəqiqəsində penaltidən fərqlənərək, qələbə qolunun müəllifi olub. Bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran "Sumqayıt" klubu turnir cədvəlində 2-ci pillədəki “Zirə”yə çatıb. Aktivində 14 xalı olan “Qəbələ” klubu isə sonuncudur.
Tura bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.