Afrika Millətlər Kubokunda turnirin pley-off mərhələsinin daha altı iştirakçısı müəyyənləşib. Seneqal, Kamerun, Anqola, Mavritaniya, Qvineya və Burkina Faso milli komandaları mübarizəni davam etdirir. Bundan əvvəl Ekvatorial Qvineya, Nigeriya, Kabo-Verde, Mərakeş, Mali və Misir komandaları özləri üçün vəsiqləri təmin edib. Beləliklə, Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin ilk cütlükləri məlum olub. Nigeriya Kamerunla, Kabo-Verde Mavritaniya ilə, Ekvatorial Qvineya isə Qvineya millisi ilə matçda 1/4 final uğrunda yarışacaqlar.
Afrika Millətlər Kuboku: 1/8 finalçılar müəyyənləşib