PSJ rəhbərliyi Kilian Mbappeyə zəmanət verir ki, ona Paris-2024 Yay Olimpiya Oyunlarında və Avro-2024-də iştirak etmək üçün imkanlar yaradılacaq. Jurnalist Ben Yakobs X sosial şəbəkəsində xəbər verir ki, bu, hücumçu üçün öz gələcəyini müəyyənləşdirmək baxımından həlledici amil ola bilər. O, qeyd edib ki, bu imkanlar Mbappeyə PSJ tərəfindən vəd edilib. Bir sözlə, PSJ rəhbərdiyi futbolçunun klubda qalması üçün hər bir vasitəyə əl atır.