Ötən ilin sonlarından zədə səbəbindən oyunlarda iştirak etməyən İspaniyanın “Barselona” klubunun qapıçısı Mark Andre Ter Şteqendən yeni xəbər var. Almaniyalı qapıçı artıq məşqlərə başlayıb. Klub növbəti həftədən 31 yaşlı futbolçunun məşqləri intensivləşdirmək və necə reaksiya verməsini planlaşdırır. Komandanın planı oyunçunu fevralın 22-də UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Napoli” ilə oyuna qədər tam hazır vəziyyətə gətirməkdir.
“Barselona” azarkeşləri üçün şad xəbər