Paris 2024-ün Təşkilat Komitəsi minlərlə hotel rezervasiyasını ləğv edib

Paris 2024-ün Təşkilat Komitəsi minlərlə hotel rezervasiyasını ləğv edib

Paris-2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunların keçiriləcəyi şəhərlərdə hotel rezervasiyalarını ləğv edib.

Paris, Şatoru, Berri şəhərlərindən sonra Lill şəhərində də Paris-2024-ün Təşkilat Komitəsi tərəfindən hotellərdə minlərlə otağın rezervi ləğv olunub. Yerli mətbuatda yayılan məlumata görə, basketbol və həndbol tədbirlərinin bir hissəsinə ev sahibliyi etməli olan Şimal prefekturasında Paris-2024-ün təşkilatçıları tərəfindən gündəlik 2000 olmaqla on günlərlə davam edəcək rezerv ləğv edilib.

Hotel sahibləri oyunların başlamasına 6 ay qaldığını düşünərək otaqların yenidən rezerv ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, təkcə Şatoruda Təşkilat Komitəsi 492 otağın rezervini ləğv edib.