"Barselona" İspaniya kubokunda mübarizəni dayandırdı 

"Barselona" İspaniya kubokunda mübarizəni dayandırdı 

İspaniyanın "Barselona" klubu ölkə kubokunda mübarizəni dayandırıb. Kataloniya təmsilçisi 1/4 final mərhələsi çərçivəsində səfərdə  “Atletik”  klubuna 4:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. "San-Mames” stadionunda keçirilən oyunda hesab birinci dəqiqədə açılıb. “Atletik”in heyətində Qorka Quruseta fərqənib. Oyunun 26-cı dəqiqəsində "Barselona"nın polşalı hücumçusu Robert Levandovski fərqlənməklə hesabı bərabərləşdirib. Qoldan 6 dəqiqə sonra Xavi Hernandesin komandası ikinci qolu vurmağa müvəffəq olub. Lamin Yamal kataloniyalıları hesabda önə keçirib. Lakin "Atletik" klubu oyunda geridönüş etməyi bacarıb. Qarşılaşmanın 49-cu dəqiqəsində Oyan Sanse dəqiq zərbə ilə matçda tarazlığı bərpa edib -2:2. 
Oyunun əsas vaxtı bu hesabla başa çatdığından qalibin adına əlavə vaxtda aydınlıq gəlib. 
106-cı dəqiqədə İnyaki Uilyams və 120-ci dəqiqədə Niko Uilyamsın qolları ilə "Atletik" klubu "Barselona"nı məğlub etməyi bacarıb. 
“Atletik” klubu bu qələbə ilə turnirin  yarımfinal mərhələsinə vəsiqə əldə edib.