Katalonlar Baldeni də itirdi 

Katalonlar Baldeni də itirdi 

İspaniyanın "Barselona" klubu daha bir ciddi itki ilə üzləşib. 
"Olimpnews.az" xəbər verir ki, ölkə kubokunun 1/4 final mərhələsində mübarizəni dayandıran Kataloniya klubuna növbəti zərbə müdafiəçi Alexandro Baldenin zədələnməsi olub. 
Belə ki, Oyunçu "Atletik"ə qarşı kubok oyununun 23-cu dəqiqəsində zədələnərək Hektor Fortla əvəzlənib. 
İlkin tibbi müayinələrdən sonra müdafiəçiyə baldır vətərlərinin gərilməsi diaqnozu qoyulub. 20 yaşlı oyunçunun 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.