Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə Qran Pri turniri davam edir. İkinci yarış günündə 2 çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Medallar uğrunda yarışda kişilər arasında 73 kq çəkidə Nurlan Osmanov və Rəşid Məmmədəliyev, -81 kq çəkidə isə Səid Mollayi qüvvəsini sınayacaq.
Turnir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.