Avtomobil üçün nadir qeydiyyat nişanlarının satıldığı “RegTransfers” onlayn platformasında F1 nişanı satışa çıxarılıb. Onun dəyəri 15 milyon funt sterlinqdir (19,1 milyon dollar).
Bu nişan ilk olaraq 2008-ci ildə “Kahn Design” tüninq studiyasının yaradıcısı, iş adamı Afzal Xana məxsus olub. Kahn bunun üçün Britaniya xəzinəsinə 375 min funt sterlinq (478 min dollar) ödəyib. Əvvəlcə F1 nömrəsi “McLaren” SLR-də quraşdırılıb. 2010-cu ildə Xan onu “Bugatti Veyron”a köçürmüşdü. Bildirilib ki, ona nömrəni satmaq üçün ən azı iki təklif edilib. O, əvvəlcə 5 milyon funt-sterlinq (6,4 milyon dollar) təklifi rədd edib, sonra isə 12 milyon funt-sterlinqlə (15,3 milyon dollar) razılaşmayıb. Bildirilir ki, dövlət nömrə nişanının yeni sahibi “RegTransfers”də göstərilən məbləğdən əlavə vergi ödəməli olacaq. Beləliklə, alış ən azı 18 milyon funt-sterlinqə (23 milyon dollar) başa gələcək.