Karateçimiz Premyer Liqada bürünc medal qazandı 

Karateçimiz Premyer Liqada bürünc medal qazandı 

 

Karate üzrə Azərbaycan milli komandasının üzvü Fidan Teymurova Fransada keçirilən Premyer Liqa turnirində üçüncü yeri tutub.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, karateçimiz 50 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan komandası turnirdə 7 idmançı ilə təmsil olunub. Yığma yarışı bir medalla başa vurub.