"Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns sosial şəbəkədəki səhifəsində yeni paylaşım edib. 29 yaşlı pilot mövsümlərarası fasiləni necə keçirdiyini nümayiş etdirib. Sainz xizək sürmək üçün dağlara yollanıb. Karlos fotolara “0-dan aşağı, 2000 m-dən yuxarı” şərhini yazıb.
Məlumat üçün bildirək ki, Sainz 2021-ci il mövsümündən əvvəl «Ferrari»yə keçib. Komanda ilə ilk mövsümdə fərdi yarışda komanda yoldaşı Şarl Lekleri qabaqlayaraq, beşinci yeri tutub. Ötən mövsüm ispaniyalı pilot 200 xal toplayaraq ümumi sürücülər sıralamasında yeddinci yeri tutub.