Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək.
Azərbaycan Atletika Federasiyasının (AAF)mətbuat xidmətindən verilən məlumata görə, turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasından olan idmançılar mübarizə aparacaqlar.
Gənclər və İdman Nazirliyi, AAF və “Atletika” klubunun birgə təşkilatçılığı ilə keçiriləcək turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib.
Yarış fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində keçiriləcək.