Malayziyanın dövlət neft şirkəti «Petronas» 2026-cı ildən Formula 1 Qran Prisini ölkəyə qaytarmağa çalışır. Bu barədə Reuters agentliyi xəbər verir.
Məlumat üçün bildirək ki, Malayziya Qran Prisi 1999-2017-ci illər arasında Formula 1 təqvimində olub. Lakin bilet satışlarının azalması və tədbirin təşkil xərclərinin artması səbəbindən ölkə bu yarışdan imtina etmişdi.