Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib.
ARAF-ın mətbuat xidmətindən verilən məlumata görə, Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub.
Baş Assambleyanın fevralın 2-də Bakıdakı yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.