Kot-d'İvuarda keçirilən futbol üzrə Afrika Millətlər Kubokuna yekun vurulub. Turnirin final oyununda Nigeriya millisinə qalib gələn Kot-d'İvuar komandası Afrika Millətlər Kubokunun qalibi olub. Oyunda hesabı 38-ci dəqiqədə Nigeriya komandasının futbolçusu Uilyam Troost-Ekonq açıb. Matçın İkinci hissəsində Kot-d'İvuar millisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 62-ci dəqiqədə Frank Kessi bərabərlik qolunu vurub -1:1. Bu qoldan 19 dəqiqə Sebastyen Alle fərqlənərək Fil Dişi Sahili komandasını hesabda önə keçirib.
Beləliklə, finalda Nigeriyaya 1:2 hesabı ilə qərbi Afrika təmsilçisi dördüncü dəfə qitənin ən güclü komandası adını qazanıb.
Qeyd edək ki, Kot-d'İuvar seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir əldə edib.