Yardımlı Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə atletika üzrə keçirilən idman tədbiri maraqlı mübarizə ilə yadda qalıb. Yarışda 100 metr məsafəyə qaçış üzrə 20 yeniyetmə və gənc mübarizə aparıb.
Məlumat üçün bildirək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.