Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Yunanıstanda

Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Yunanıstanda


Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov noyabrın 22-24-də Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyasının Yunanınstanın Afina şəhərində keçirilən iclasında iştirak edib.
Assambleyada BPK-nın rəhbər orqanlarında seçkilərlə yanaşı, bir sıra mühüm məsələlər müzakirə edilib. AMPK-nın birinci vitse-prezidenti Natiq Qasımov BPK-nın prezidenti Ser Filip Greven və Yunanıstan Milli Paralimpiya Komitəsinin prezidenti Spiros Stavrianpolous ilə görüşüb.
Görüş zamanı Natiq Qasımov London 2012 Paralimpiya Oyunlarından sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin fəaliyyəti haqda məlumat verərək yaxın gələcəkdə komitələrarası qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib. BPK-nın prezidenti Ser Filip Greven AMPK-nın Uşaq Paralimpiya Hərəkatının yaradılmasından məmnun olduğunu bildirib və bu sahədə UNICEF, həmçinin BP-Azərbaycan şirkəti ilə əməkdaşlığını yüksək qiymətləndirib. Görüşdə Ser Grevenin 2014-cü ildə Azərbaycana səfəri müzakirə edilib.
Baş Assambleya noyabrın 25-də başa çatıb.