Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş həndbol üzrə məktəblilər arasında rayon turniri keçirilib. Yardımlı şəhər 4 saylı tam orta məktəbdə təşkil olunan turnirdə tərkibi 6 nəfər olmaqla 4 komandadan 24 idmançı mübarizə aparıb.
Gərgin keçən yarışın qalibi adını F.A.Masiyev adına Gavran kənd tam orta məktəbin komandası qazanıb. S.A.Şabiyev adına Şəfəqli kənd tam orta məktəbinin komandası ikinci, N. H.Cəbiyev adına Çayüzü kənd tam orta məktəb komandası isə üçüncü yerə sahib çıxıb.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunublar.