Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 “Qatar Airways” Azərbaycan Qran-prisi üçün “early bird” erkən bilet satışına start verib.
Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər.
Kampaniya martın 5-dək davam edəcək. Azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim ediləcək.
Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarışın nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trekətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.
Qeyd edək ki, Azərbaycanın 8-ci dəfə ev sahibliyi edəcəyi Formula 1 Qran-prisi sentyabrın 13-15-də təşkil olunacaq.
Formula 1 “Qatar Airways” Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib