Azərbaycanlı supervayzerə növbəti etimad 

Azərbaycanlı supervayzerə növbəti etimad 

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Bu barədə olimpnews.az-a Azəraycan Voleybol Federasiyasının mətbuat xidmətindən xəbər verilib. Bildirilir ki, həmyerlimiz qurum tərəfindən kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal matçına təyinat alıb. M.Frişman fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “ARKAS İZMİR” (TUR) və “SVG LÜNEBURG” (GER) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Grabovsky olacaq.