Ötən il oktyabrın 7-də HƏMAS-ın hücumu və Qəzza zolağındakı hərbi əməliyyatlar səbəbindən israillilər 2023-cü ilin sonunda xərcləri və investisiyaları kəskin şəkildə azaldıblar. Ölkənin ÜDM-i son rübdə 2023-cü ilin əvvəlki üç ayı ilə müqayisədə 19,7% aşağı düşüb.
“2023-cü ilin dördüncü rübündə iqtisadi daralma oktyabrın 7-də başlayan müharibədən birbaşa təsirləndi. 2023-cü ilin son üç ayı ərzində israillilər şəxsi istehlak xərclərini 26,9% azaldıblar. İxrac 18,3%, idxal 42%, investisiyalar isə 67,8% aşağı düşüb. Eyni zamanda, 2023-cü ilin son üç ayında hökumət xərcləri, əsasən hərbi ehtiyaclar və hərbi əməliyyatların qurbanlarına kompensasiya ödənişləri 88,1% artıb”, - deyə Mərkəzi Statistika Bürosunun hesabatında bildirilir.
Mənbə: TASS