Müəmmalı kosmik hadisənin mexanizmi üzə çıxıb

Müəmmalı kosmik hadisənin mexanizmi üzə çıxıb

NASA sirli sürətli radio partlayışlarının «maqnitarlar» adlanan xüsusi növ neytron ulduzu ilə əlaqəli ola biləcəyinə dair yeni sübutlar tapıb. Tədqiqat «arXiv preprint» serveri vasitəsilə aparılıb. Alimlər SGR 1935+2154 maqnitarını müşahidə edərkən onun pulsar olduğunu öyrəniblər. Məlumdur ki, zaman keçdikcə pulsarın fırlanması maqnit sahəsinin təsiri nəticəsində enerjinin dağılması ilə ləaqədər olaraq  sürətini azaldır. Bu halda, fırlanma sürəti bəzən kəskin şəkildə artır və ya azalır. Bu davranışın səbəbi zəlzələdə olduğu kimi strukturun ani dəyişməsidir.