Filippinin Boracay adasından Şanxaya uçan təyyarə Honq-Konqa məcburi eniş edib. «HK01» xəbər portalının məlumatına görə, buna səbəb sərnişinlərdən birinin enerji bankının (poverbank) partlaması olub. Hadisə fevralın 19-da «Royal Air Philippines» RW602 reysində baş verib. Sərnişinin sözlərinə görə, o, cihazdan istifadə edərək iPad-ini enerji ilə doldurmağa çalışıb. Partlayış təyyarənin salonunda tüstülənməyə səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin olaraq, təyyarə Şanxaya yerli vaxtla saat 22:00-da (Moskva vaxtı ilə 16:00) çatmalı idi. Lazımi prosedurlar və yoxlamalardan sonra Honq-Konqdan havaya qalxan təyyarə yerli vaxtla 0:14-də Şanxaya enib.