Təxminən 30 il əvvəl kosmosa buraxılan və artıq insan nəzarətində olmayan “ERS-2” peyki sürətlə Yerə yaxınlaşır.
Bu barədə Avropa Kosmik Agentliyi (ESA) xəbər verib.
Qurum onun atmosferə nə vaxt və harada daxil olacağını dəqiq bilməyin mümkün olmadığını qeyd edib. Ən son proqnoza görə, peyk beynəlxalq koordinasiya olunmuş vaxtla (UTC) 21 fevral 2024-cü il saat 15:41-də (Bakı vaxtı ilə 19:41) Yer atmosferinə qayıtmalıdır. Bununla belə, müsbət və ya mənfi 12 saat qeyri-müəyyənlik pəncərəsi də vurğulanıb.
ESA-dan qeyd edilib ki, qalıqların, əsasən, okeana düşəcəyi gözlənilir.
“Peyk parçalarında zəhərli və ya radioaktiv maddələr olmayacaq”, - deyə məlumatda vurğulanıb.
O da deyilir ki, peykin Yer səthi ilə toqquşması zamanı ən böyük fraqmentin çəkisi 50 kq-dan bir qədər çox olacaq.