110 metr məsafəyə sədlərlər qaçış üzrə 3 qat dünya çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı amerikalı Qrant Hollouvey ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində keçirilən qış ölkə çempionatında 3 il əvvəl qırdığı dünya rekordunu yeniləyib. O, 60 m sədlərlə məsafəni 7.27 saniyəyə qaçaraq yeni dünya rekordunu müəyyənləşdirib. Qrantın öncəki rekordu isə 7.29 saniyə olub. Qrant həm də 60 m sədlərlə məsafəni indiyə qədər 7.30 saniyədən daha az müddətdə bitirən yeganə atletdir və ümumilikdə 3 dəfə belə nəticə göstərib.