Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış məşqçi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı məlumat yayıb.
“Olimpnews.az” “Qafqazinfo”ya istinadla xəbər verir ki, XİN-in Mətbuat katibi Ayxan Hacızadə məsələnin Rusiyadakı səfirliyimizin nəzarəti altında olduğunu bildirib.
Onun sözlərinə görə, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir: “Əlavə məlumat olarsa, bildiriləcək”.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.
Rəsmi Bakıdan Kamil Zeynallının saxlanılmasına reaksiya