Avropa Oyunlarının proqramına rəsmən dörd idman növü daxil edilib

Avropa Oyunlarının proqramına rəsmən dörd idman növü daxil edilib

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına 4 idman növü -üzgüçülük, suyatullanma, sinxron üzgüçülük və su polosu rəsmən daxil edilib.
Memorandumu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, Avropa Üzgüçülük Liqasının başçısı Paolo Barelli, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov imzalayıblar. Avropa Üzgüçülük Liqasının məlumatına görə, Avropa Oyunlarında yunior heyətlə təmsil olunan qitənin bütün əsas yığma komandaları çıxış edəcəklər.
Qeyd edək ki, Avropa Oyunları 2015-ci ilin iyun ayında keçiriləcək.