"Williams" komandasının rəhbəri Ceyms Voulz hesab edir ki, yeni avtomobil üzərində işləyərkən onun komandası digər komandaların avtomobillərindən yararlanmamalıdır.
“Bizim avtomobillərimiz heç bir rəqibin ideyalarını təkrarlamır. Əksinə biz özümüz rəqiblərimizə mükəmməlliyin nə olduğunu sübut etməliyik. Ola bilsin ki, hər hansı bir komanda sonradan bizim modelimizdən istifadə etsin. Mühəndislərimiz hər dəfə peşəkarlıq nümayiş etdirirlər. Əgər kiminsə şübhəsi varsa, müqayisə üçün hər bir detalı açıqlaya bilərik. Təkamüldən qaçmaq mümkun deyil”, - «Racingnews365» Ceyms Voulzdan sitat gətirib.