Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına dörd idman növü daxil edilmişdir

Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına dörd idman növü daxil edilmişdir


Üzgüçülük, suyatullanma, sinxron üzgüçülük və su polosu 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına daxil edilmişdir.
Memorandumu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, Avropa Üzgüçülük Liqasının başçısı Paolo Barelli, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov imzalamışlar. Avropa Üzgüçülük Liqasının məlumatına görə, Avropa Oyunlarında qitənin gənclərdən ibarət heyətlə təmsil olunan bütün əsas yığma komandaları çıxış edəcəklər.
Qeyd edək ki, Avropa Oyunları 2015-ci ilin iyununda keçiriləcəkdir.