İdman gimnastikası üzrə Azərbaycan yığması Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirir.
Hazırlıqda milli komandanın baş məşqçisi Ruslan İrqaşov və məşqçi Eldar Səfərovun rəhbərliyi ilə 5 idmançı iştirak edir.
Martın 10-dək davam edəcək məşqlərə Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev cəlb olunublar.
Toplanış martın 7-10-da Milli Gimnastika Arenasında baş tutacaq idman gimnastikası üzrə Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 67 ölkədən idmançıların iştirakı gözlənilir.