“Ferrari” komandasının sürücüsü Karlos Sayns xəstəxanaya yerləşdirilib. Onun əməliyyat olunduğu barədə Sayns özü məlumat verib. “Bu gün rahat bir əməliyyat oldu və özümü daha yaxşı hiss edirəm! Bütün xoş mesajlarınıza və bu günlərdə Səudiyyə Ərəbistanında, xüsusən də Kral Fəhd Silahlı Qüvvələri Xəstəxanasında mənə qulluq edən hər kəsə təşəkkür edirəm”, - deyə o sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, 2024-cü il mövsümünün ikinci mərhələsi olan Səudiyyə Ərəbistanı Qran Prisi başlamazdan əvvəl Karlos Sayns özünü pis hiss edib. Amma o, Ciddədəki ilk iki məşqdə iştirak edib. Lakin bundan sonra onun kor bağırsağındakı ağrılar kəskinləşib. Bu səbəbdən pilot əməliyyat masasına yerləşdirilib.