Gimnastımız “AGF Trophy” kubokuna sahib çıxıb

Gimnastımız “AGF Trophy” kubokuna sahib çıxıb

 

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda “AGF Trophy” kuboku təqdim edilib. Yarışda təsnifat mərhələsində çıxışına görə ən yüksək icra xalı toplayan idmançılar bu mükafata yiyələniblər. Kişilər arasında kuboka Azərbaycan millisinin üzvü İvan Tixonov sahib çıxıb. Qadınların yarışında “AGF Trophy” kuboku çinli Siu Duya təqdim olunub.