Paris-2024: açılış mərasiminin başlanma saatı açıqlandı

Paris-2024: açılış mərasiminin başlanma saatı açıqlandı

Paris-2024 Təşkilat Komitəsi Yay Olimpiya Oyunlarının açılış mərasiminin başlanma saatını açıqlayıb. Açılış mərasimi Paris vaxtı ilə saat 19:30-da (Bakı vaxtı ilə saat 22:30) başlayacaq. Paris-2024 Təşkilat Komitəsindən verilən məlumata görə, açılış mərasiminin başlama vaxtı gün batımı ilə əlaqələndirilib. Qeyd edilirik ki, günün bu məqamı bütün tamaşaçılara gecə ilə gündüzün harmoniyası və açıq havada unudulmaz bir mənzərə bəxş edəcək.

Beləliklə, açılış mərasimində Sena çayı boyunca 6 kilometrlik marşrutda ümumilikdə 12 bədii səhnə Fransanın irsini, Parisi, şəhərin abidələrini və marşrut boyunca körpüləri nümayiş etdircək.

Mərasim üçün ümumilikdə 326 min bilet satılıb. İdmançılar Paris boyunca şərqdən qərbə, Austerlitz körpüsündən Trocaderoya, şəhərin ən gözəl abidələrinin Notre Dame Katedrali, Luvr Muzeyi, İncəsənət körpüsü və Orsay Muzeyinin yanından keçəcəklər.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.