Braziliyalı keçmiş pilot Felipe Massa London Ali Məhkəməsində Beynəlxalq Avtomobil Federasiyasına (FIA), Formula 1 Rəhbərliyinə (FOM), eləcə də seriyanın keçmiş rəhbəri Berni Ekklstouna qarşı iddialarını şərh edib.
“Mən həmişə deyirdim ki, sona qədər mübarizə aparacam. FIA və FOM heç nə etməmək qərarına gəldiyi üçün biz bu tarixi ədalətsizliyə görə məhkəmədə təzminat tələb edəcəyik. İndi vəkillərin növbəsidir Onlar idmanda ədalətin zəfər çalmasını təmin etmək üçün lazım olan hər şeyi etməyə tam səlahiyyətlidirlər”, - deyə ge.globo Massadan sitat gətirib.
Məlumat üçün bildirək ki, Felipenin iddialarına əsasən Renault komandasının keçmiş sürücüsü Nelson Pike Jr-ın etiraf etdiyi qəsdən qəzaya görə Sinqapur Qran Prisinin nəticələri ləğv edilmişdi. Həmin yarışın nəticələri ləğv edilsəydi, Felipe Massa 2008-ci il mövsümünün fərdi sıralamasında Lyuis Hemiltonu qabaqlayacaqdı.