Bədii gimnastika üzrə Azərbaycan milli komandası növbəti yarışlara hazırlığını ölkə xaricində davam etdirəcək. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamızın üzvləri təlim-məşq toplanışı üçün İtaliyanın Milan şəhərinə yollanıblar. Komandaya qurumun idman direktoru Natalya Bulanova, məşqçilər Siyana Vasileva və Yevgeniya Vilyayeva rəhbərlik edəcək.
Fərdi gimnastlar Mədinə Dəmirova, Alina Məmmədova, Leyli Ağazadə, eləcə də böyüklərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina hazırlıqda iştirak edəcəklər.