Misir millisinin hücumçusu Əhməd Refaat Misir çempionatının 16-cı turunun "Əl-İttihad"a qarşı keçirdiyi "İsgəndəriyyə" matçında (0:0) ürək tutması keçirib. Matçın 89-cu dəqiqəsində huşunu itirən 30 yaşlı futbolçu qazona yıxılıb. İlkin müdaxilədən sonra o, dərhal xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, futbolçunun ürəyi bir saat döyünməyib. Klubun mətbuat xidməti xəbər verir ki, həkimlər futbolçunu həyata qaytara bilsələr də, onun vəziyyəti qeyri-stabil olaraq qalır.
Əhmədin ürəyi bir saat döyünmədi